Türkiyəli atletlər İlham Əliyevə və xanımına təşəkkür etdilər - Video
“Buradan bizə təşəkkürünü çatdıran dövlət başçısı İlham Əliyev və xanımı Mehriban Əliyevaya çox təşəkkür edirik.
Biz medallarımızı Azərbaycana qarşı burada sərgilənən pis davranış – bayrağın yandırılması səbəbindən azərbaycanlı qardaşlarımıza ərmağan etdik. Sizləri çox sevirik və hər zaman yanınızdayıq”.
Qeyd edək ki, İrəvanda keçirilən Ağır atletika üzrə Avropa çempionatında türkiyəli idmançılar 45 kq-da fəxri kürsüdə Cansu Bektaş qızıl, Qamze Altun isə gümüş medal qazanıb. Onlar bu qələbəni Azərbaycan idmançılarına həsr etdiklərini açıqlayıblar.
Şahanə Rəhimli
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


