Bakıda üçmərtəbəli binada yanğın olub

Bakıda üçmərtəbəli binada yanğın olub
  18 Aprel 2023    Oxunub:1090
Bakıda üçmərtəbəli binada yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən (FHN) AzVision.az -a bildirilib ki, Nəsimi rayonunda üçmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 40 m² olan 1 otaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları və dam örtüyü 10 m² sahədə yanıb.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

AzVision.az


Teqlər:



Xəbər lenti