Azərbaycanda 2 aylıq uşaq oğurlanıb

Azərbaycanda 2 aylıq uşaq oğurlanıb
  14 Avqust 2014    Oxunub:2434
Sumqayıt sakininin 2 aylıq körpəsi naməlum şəraitdə oğurlanıb
Azərbaycanda uşaq oğurluğu faktı qeydə alınıb. Hadisə avqustun 13-də Sumqayıt şəhərində baş verib.

Sumqayıt şəhəri, 29-cu kvartal, ev 11/16, mənzil 30 ünvanında yaşayan Aysel Əhmədovanın 2 aylıq körpəsi naməlum şəraitdə oğurlanıb. Hadisə ilə bağlı hüquq-mühafizə orqanları məlumatlandırılıb.

Sumqayıt Şəhər Polis İdarəsindən faktı təsdiqləyiblər. Bildirilib ki, daxil olan məlumat əsasında ananın izahatı alınıb.

Hazırda uşağın tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.


Teqlər:  





Xəbər lenti