Hikmət Hacızadə Müsavatı boykot etdi
O bildirib ki, bu qərarına səbəb ötən gün partiya üzvü Kamil Xəlilbəylinin dünən "partiyanin siyasi-ideoloji xəttinə xəyanət" ittihamı ilə təşkilat sıralarından azad edilməsidir:
“K. Xəlilbəyli ilə bağlı qərar “böyük planın bir hissəsi”dir. Yəni narazıların 10-15-ni partiyadan çıxaraq, onda başqaları sakitləşəcək". Ar osun, belə planı düşünənlərə. Mən belə plana qəti etiraz edirəm. Məhəbbət Murad və Kamil Xəlilbəylidən sonra üçüncü belə "narazı" özümü hesab edirəm və qərarınıza etiraz edirəm”.
Qeyd edək ki, Müsavat Partiyası Mərkəzi Nəzarət-Təftiş Komissiyasının ötən gün keçirilən iclasında daxil olan şikayət ərizələrini müzakirə edib və Kamil Xəlilbəylinin partiya sıralarından xaric edilməsi haqqında qərar qəbul edib.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


