“Yalan danışma, Arif Hacılı”
AzVision.az xəbər verir ki, Səxavət Əlisoy Arif Hacılının “Yeni Müsavat” qəzetinə müsahibəsində dediyi fikirlərin həqiqəti əks etdirmədiyini bildirib:
Qeyd edək ki, Arif Hacılının bu fikirləri S.Əlisoyun iradlarına tuş gəlib:
"Mən 20 ildən çoxdur Müsavat Partiyasında fəaliyyət göstərirəm və bu müddət ərzində partiyada keçirilən bəzi seçkilərin nəticələrindən, müxtəlif təyinatlardan, müxtəlif seçki kampaniyalarında verilən təqdimatlardan narazı qaldığım vaxtlar olub. Bu narazılığımı şəxsi söhbətlərdə həm İsa Qəmbərə, həm Müsavat rəhbərliyində olan digər dostlarıma demişəm. Amma sonra ya şəhər kənarına çıxmışam, ya Zaqatalaya getmişəm, Qafqaz dağlarında gəzmişəm, təmiz hava almışam, bir-iki həftə oralarda gəzib beynim aydınlaşdıqdan sonra yenə də qayıdıb gəlib Müsavat Partiyasında öz fəaliyyətimi davam etdirmişəm. Bu qurultayın nəticəsində başqan seçilməsəydim eyni ssenari təxminən təkrar olunacaqdı...".
Partiya üzvü Arif Hacılının Məclis sədrliyini uduzandan sonra Müsavatdan istefa verdiyini iddia edib:
“Sən Məclis sədrliyini uduzduğun seçkinin ertəsi günü partiya sıralarını tərk etmək barədə istefa ərizəsi verib getdin Zaqatalaya. Və sən küsüb gedən günün axşamı partiyada sənin üçün nizamnamədən kənar bir vəzifə - Mərkəzi İcra Aparatının rəhbəri vəzifəsi təsis olundu. O vəzifəni ideya müəllifinin adını də istərsən, çəkə bilərəm. Pənah Hüseyn! Amneziyan varsa, həkimə get. Yoxdursa, düz danış”.
Fatimə Kərimli
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


