Nazir Fransada azərbaycanlı tələbələrin problemləri ilə maraqlandı
Nazir Mikayıl Cabbarov həmçinin Fransa Prezidentinin diplomatik məsələlər üzrə müşaviri Fabien Penon və ali təhsil və tədqiqatlar üzrə müşaviri Vənsan Berje və Strasburq Universitetinin prezidenti Alen Beretz ilə görüşlər keçirərək ölkələrimiz arasında təhsil sahəsində əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi aparıb.
Təhsil naziri 2012-ci ildən etibarən Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycan dilinin tədrisi proqramının həyata keçirildiyi Şərq Dilləri və Sivilizasiyaları Milli İnstitutunu ziyarət edərək İnstitutun prezidenti xanım Manuel Frank və Azərbaycan dili proqramın iştirakçıları olan müəllim və tələbələrlə görüşüb.
Bununla yanaşı, təhsil naziri Azərbaycan Mədəniyyət Mərkəzində “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində Fransada təhsil alan tələbələrlə görüşərək onların təhsili və üzləşdikləri proqramlərlə maraqlanmış, Azərbaycanda aparılan təhsil islahatları barədə məlumat vermiş və tələbələrin məzun olduqdan sonra Azərbaycanın inkişafına verə biləcəkləri töhfələrə dair fikir mübadiləsi aparıb.







Vaxtında, Aydın, Lazımlı!


