Deputat Dilqəm Əhmədovun ailəsinə baş çəkdi

Deputat Dilqəm Əhmədovun ailəsinə baş çəkdi
  14 Noyabr 2014    Oxunub:1999
Millət vəkili Aydın Mirzəzadə Ermənistan Silahlı Qüvvələri tərəfindən Kəlbəcərdə girov götürülən Azərbaycan vətəndaşı Dilqəm Əsgərovun ailəsinə baş çəkib.
AzVision.az xəbər verir ki, bu barədə deputat Facebook səhifəsində bildirib.

Deputat Kəlbəcərli girovun oğlanları, həyat yoldaşı, bacıları və bir neçə digər qohumları ilə söhbət edib:
“Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülmüş Dilqəm Əsgərovun ailəsində oldum.

Oğlanları, həyat yoldaşı, bacıları və bir neçə digər qohumları ilə söhbət etdik.

Dilqəmi çox mərd və vətənpərvər bir şəxs kmi təsvir etdilər, söylədikləri hadisələr onun məhz elə olduğunu sübut edirdi.
Sadə bir zəhmət adamı olub, ancaq Vətən,Kəlbəcər həsrəti daima onun söhətlərində əsas mövzu olub.

Dilqəm Əsgərovun məsələsinin dövlətimizin diqqətində olduğunu, hər bir azərbaycanlının onunla qürur duyduğunu dedim. Ailəsi xalqın Dilqəmin, Şahbazın və rəhmətlik Həsən Həsənovun məsləsi ilə yaxından maraqlandığından çox razı qaldıqlarını və daima onlarla maraqlandıqlarını bildirdilər.

Ailəyə Dilqəm və Şahbazın tezliklə evlərinə qayıtmaqlarını arzuladım” .




Teqlər:



Xəbər lenti