CNN-Türk səhvini düzəltdi - VİDEO

CNN-Türk səhvini düzəltdi - VİDEO
  14 Noyabr 2014    Oxunub:1921
CNN-Türk Qarabağla bağlı səhvini düzəltdi.
AzVision.az-ın Media Təqib Mərkəzinə istinadən verdiyi məlumata görə, kanal noyabrın 12-də Qarabağda təlim keçirkən vurulan erməni helikopterinin əvvəlcə qondarma rejimə məxsus olduğunu bəyan etmişdi.

Ötən gün kanal efirdə vertolyotun Dağlıq Qarabağ üzərində vurulduğunu və vurulan helikopterin Ermənistana məxsus olduğunu deyib.

Qeyd edək ki, noyabrın 12-də cəbhənin Ağdam rayonu istiqamətində Ermənistan Respublikasının Hərbi Hava Qüvvələrinə məxsus döyüş cütlüyündən ibarət Mi-24 tipli helikopterləri müdafiənin ön xəttində yerləşən mövqelərimizə hücum edərək atəşə tutublar.

Cavab atəşilə düşmənin döyüş cütlüyündən ibarət helikopterlərindən biri vurulub, digəri isə atəş zonasını tərk etməyə məcbur olub.








Teqlər:



Xəbər lenti