General sərhədə gedir

General sərhədə gedir
  14 Noyabr 2014    Oxunub:2467
Dövlət Sərhəd Xidmətinin rəisi - Sərhəd Qoşunlarının komandanı, general-polkovnik Elçin Quliyev noyabrın 27-də saat 11:00-da Horadiz Sərhəd Dəstəsində Beyləqan və Füzuli rayonlarının sakinlərini qəbul edəcək.
AzVision.az xəbər verir ki, qəbulda iştirak etmək istəyənlərdən xahiş olunur ki, onları maraqlandıran sualları noyabrın 25-dək Dövlət Sərhəd Xidmətinin www.dsx.gov.az adlı rəsmi saytında yerləşdirsinlər.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən bildiriblər ki, qeydiyyat üçün 012-498-01-55 və 012-498-01-69 nömrəli telefonlarla əlaqə saxlanılması və ya Horadiz Sərhəd Dəstəsinə müraciət edilməsi xahiş olunur.


Teqlər:  



Xəbər lenti