Heydər Əliyev prospekti bağlanır

Heydər Əliyev prospekti bağlanır
  14 Noyabr 2014    Oxunub:1801
Bu gün Bakının əsas prospektlərindən birində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən AzVision.az-a verilən məlumata görə, bu gün saat 22:00-dan etibarən 04:00-dək Heydər Əliyev prospekti - Əsas yolda nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Səbəb isə yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yol göstərici xətlərin yenidən rənglənməsidir.

Sürücülərə alternativ olaraq Heydər Əliyev prospekti - Kənar yollardan istifadə etmələri tövsiyə olunur.


Teqlər:



Xəbər lenti