Azərbaycanda 2 yüz mindən çox şəkər xəstəsi var

Azərbaycanda 2 yüz mindən çox şəkər xəstəsi var
  14 Noyabr 2014    Oxunub:1935
Artıq çəki, qidalanma rejiminin pozulması, stress, qeyri-sağlam həyat tərzi insanlarda şəkərli diabet xəstəliyi yaradır.
AzVision.az xəbər verir ki, əsrin bəlası olan bu xəstəliyin yaranma səbəblərindən danışan Azərbaycan Endokrinoloqları Elmi Cəmiyyətinin sədri, tibb elmləri doktoru, professor Valeh Mirzəzadə AzərTAc-a bildirib ki, bunlarla yanaşı, irsiyyət amilini də danmaq olmaz.

Onun sözlərinə görə, diabet xəstəliyi böyük sürətlə artmaqdadır. Hazırda dünyada 4 yüz milyona yaxın insan şəkərli diabetdən əziyyət çəkir, xeyli miqdarda insan isə bu xəstəliyi daşıdığı halda ondan xəbərsizdir. Bu xəstəliyin profilaktikası və müalicəsi vaxtında aparılmasa, 2030-cu ilədək diabetdən dünyasını dəyişənlərin sayı 5 yüz milyonu keçə bilər.

V. Mirzəzadə deyib ki, Azərbaycanda da şəkərli diabet xəstələrinin sayı ildən-ilə artmaqdadır. Bu ilin əvvəlinə olan statistikaya görə, onların sayı artıq 2 yüz mini ötüb.

AzVision.az


Teqlər:



Xəbər lenti