İki qardaş qəzaya düşdü, biri öldü

İki qardaş qəzaya düşdü, biri öldü
  15 Noyabr 2014    Oxunub:1827
Bakıda ağır yol qəzası baş verib.
AzVision.az xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, noyabrın 14-də saat 19:00 radələrində Sabunçu qəsəbəsi Bünyadzadə küçəsində Bakı şəhər sakinləri, 1974-cü il təvəllüdlü Mansur Surxayevin idarə etdiyi “Mercedes” markalı avtomobillə 1993-cü il təvəllüdlü Meysən Əlizadənin idarə etdiyi “Zontes” markalı motosiklet toqquşub.

Nəticədə M.Əlizadə və sərnişini - qardaşı, 1995-ci təvəllüdlü Ülvi Əlizadə xəsarətlə xəstəxanaya daxil olub. M. Əlizadə xəstəxanada ölüb.


Teqlər:  



Xəbər lenti