`Heç kimə güzəşt edilməyəcək` - Sürücülərə Xəbərdarlıq
“Bu saata qədər aparılan müşahidələr göstərir ki, çox az sayda pərdəli avtomobillər idarə olunur. Görünür ki, verilən elan nəticəsində sürücülərin bir çoxu bundan xəbər tutublar. Müşahidələr göstərir ki, sürücülərin çoxu könüllü olaraq bu qanunün tələblərini yerinə yetirməyə çalışırlar”.
V.Əsədov qeyd edib ki, qanunla quraşdırılması qadağan edilmiş pərdə, plyonka və jalüzlərdən istifadə edən avtomobil sahibləri, avtomobillərin istismar qaydalarının pozulmasına görə, 150 manat məbləğində cərimə ödəməli olacaqlar:
“Sürücülərə ailə büdcəsini nəzərə almalarını məsləhət görürəm. Bu qanun pozuntusuna görə, heç kimə güzəşt oluna bilməz. Qanun müzakirə edilmir və heç bir bəhanə sürücünü məsuliyyətdən azad etməyəcək”-deyə şöbə rəisi vurğulayıb.
Qeyd edək ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin qəbul etdiyi qərara əsasən, hər il mayın 1-dən noyabrın 15-dək Azərbaycanda nəqliyyat vasitələrinin arxa yan qapı şüşələrinə yalnız sənaye üsulu ilə hazırlanmaş jalüzlərin vurulmasına icazə verilir.
Anar Kəlbiyev
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


