`Avropa İttifaqının şərtləri bizi təmin etmir` - Novruz Məmmədov

`Avropa İttifaqının şərtləri bizi təmin etmir` -  Novruz Məmmədov
  15 Noyabr 2014    Oxunub:1854
`Avropa ölkələrinin hər biri ilə ayrı-ayrılıqda yaxşı əlaqələrimiz var. Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığı normal gedir. Lakin biz Avropa İttifaqına bildirdik ki, sizin təklif etdiyiniz assosiasiya haqqında sazişin bir sıra müddəaları bizi təmin etmir, biz müstəqilliyimizi, suverenliyimizi tam qoruyub saxlamaq istəyirik`. Bu sözləri jurnalistlərə Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, PA-nın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib.

O, bildirib ki, xarici siyasət kursumuzun müstəqilliyini ona görə saxlayırıq ki, xarici siyasət kursumuz dövlətimizin, ölkəmizin, xalqımızın bütün maraqlarını qorumağa xidmət etməlidir.

PA rəsmisi Azərbaycanın Avropa İttifaqına xüsusi strateji tərəfdaşlıq sazişi imzalamağı təklif etməsinin təsadüfi olmadığını vurğulayıb: “Necə olur ki, Avropa İttifaqının hər bir ölkəsi ilə gözəl əməkdaşlıq edə bilirik? Avropa İttifaqı ilə də belə əməkdaşlıq qurulmasını istəyirik. Azərbaycan onsuz da hər mənada xüsusi ölkədir, əməkdaşlığımız da belə olsun, xüsusi strateji tərəfdaşlıq sazişi imzalansın. Düzdür, əvvəlcə Avropa İttifaqında bu təklifə bir qədər fərqli münasibət göstərdilər, amma görürlər ki, bu addım ən düzgün variant, ən düzgün seçim ola bilər”.

N.Məmmədovun sözlərinə görə, Azərbaycanın beynəlxalq aləmdə olan indiki nüfuzu, reytinqi onun böyük uğurudur: "Ölkədə münaqişənin olduğu bir zamanda Azərbaycanın sabitliyini və təhlükəsizliyini qoruması və öz güclü inkişafını təmin etməsi əsas məsələdir" (Trend).


Teqlər:



Xəbər lenti