“Səxavət Əlisoy və Əlövsət Talışxanlı cəzalandırılacaq”
Onun sözlərinə görə, Səxavət Əlisoy və Əlövsət Talışxanlının Müsavat partiyasının Divanının iclasına qatılmaması başa düşüləndir:
“Təbii ki, məni dəvət etsəydilər, gedib fikirlərimi deyərdim. Üzbəüz görüş daha səmərəli fayda verə bilər. Böyük ehtimalla, bu iki şəxsin Divana dəvət olunması məhkəmə xarakterlidir. Məsləhət xarakterli olsaydı, imtina etməzdilər, gedərdilər. Bir var, dialaq görüşü, bir də var ki, səni məhz cəzalandırmaq üçün dəvət edirlər. Görünən köyə nə bələdçilik. Onlara ən azı töhmət və xəbərdarlıq verəcəklər”.
Qeyd edək ki, partiya üzvləri Səxavət Əlisoy və Əlövsət Talışxanlı Müsavat partiyası Divanının 17.11.2014-cü il tarixli növbəti iclasına dəvət olunub.
S.Əlisoy isə “Müsavatın saxtakar başqanını qəbul etmədiyimə görə Divana getməyəcəyəm” deyib.
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


