Yumurtaya və toyuq ətinə qadağa

Yumurtaya və toyuq ətinə qadağa
  17 Noyabr 2014    Oxunub:2093
Avropa komissiyası Niderlandda quş qripinin yayılmasının qarşısını almaq üçün təxirəsalınmaz tədbirlər görməyə hazırdır.
Bu tədbirlərə əsasən xəstəliyin qeydə alındığı bölgələrdən Avropa İttifaqı daxilinə və üçüncü ölkələrə quş ixracına qoyulan qadağalar daxildir.

AzVision.az Azərtac-a istinadən xəbər verir ki, Niderlandın özündə isə hökumət canlı quşların daşınmasına, onların ətindən və yumurtasından istifadəyə üç sutkalıq ümummilli qadağa qoyub, həmçinin xəstəliyin aşkar edildiyi fermada 150 min quşun məhv edilməsi göstərişini verib.

Qeyd edək ki, Amsterdamın cənubundakı fermaların birində insan üçün təhlükəli quş qripi ştammı müəyyən olunduqdan sonra bütün işçilər karantinə yerləşdirilib. Əhali isə müəssisənin bir kilometrliyindən yaxına buraxılmır.




Teqlər:  



Xəbər lenti