Məktəblilərin tətili başa çatır

Məktəblilərin tətili başa çatır
  17 Noyabr 2014    Oxunub:1928
Azərbaycanda məktəblilərin payız tətili bu gün yekunlaşır.
Təhsil Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, noyabrın 12-dən başlanan tətil bu gün başa çatır.

Qeyd edək ki, Nazirlər Kabineti Təhsil Nazirliyinin təklifini nəzərə alaraq dərs ilinin artırılması ilə bağlı “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nə dəyişikliyinə əsasən, 2015/2016-cı dərs ili ərzində tətillər 5 gün payız tətili (16-20 noyabr), 5 gün qış tətili (27-31 yanvar) və ibtidai siniflər üçün 5 günlük (1-5 may) əlavə yaz tətili müəyyən edilməsi gözlənilir.

Sevinc İltifatqızı
AzVision.az


Teqlər:



Xəbər lenti