Leyla Yunusun növbəti yalanı - AÇIQLAMA

Leyla Yunusun növbəti yalanı - AÇIQLAMA
  17 Noyabr 2014    Oxunub:2622
“Son vaxtlar Pentensiar Xidmətə işgəncə faktları ilə bağlı bəzi müraciətlər daxil olur”.
Bunu AzVision.az-a açıqlamasında İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov deyib. O, qeyd edib ki, işgəncə faktları ilə bağlı daha çox kişilər müaraciət edir:

“Müraciətləri bizim qaynar xəttimizə daxil olur. Polislərlə də bağlı bizə müraciətlər daxil olur. Mən müraciətlərlə bağlı nazirlərlə görüşürəm və şikayətləri onlara çadırıram”.

E.Behbudov həbsdə olan jurnalist Rauf Mirqədirovun vəziyyəti barəsində də məlumat verib. O, qeyd edib ki. R. Mirqədirov daim həkim nəzarətindədir:

“Onun istintaq prossesi davam edir.R. Mirqədirovun saxlanma şəraitindən və ona qarşı münasibətdən şikayəti yoxdur. O, həkim nəzarətindədir. Onun ürək və təziqlə bağlı problemləri var”.

E. Behbudov Leyla Yunusun Bakı İstintaq Təcridxanasında döyülməsi ilə bağlı yayılan xəbərlərə də aydınlıq gətirib:

“Onun işi ilə bağlı istintaq gedir. Leyla Yunusun bu cür fəaliyyəti hüquq müdafiəçilərinin fəaliyyətinə kölgə salmaq məqsədi daşıyır. Onun həyat yoldaşı Arif Yunusun tibbi kartına baxdım. Bəzi mətbuat orqanları onun infakt keçirdiyini yazırdı. Qətiyyən o infakt keçirməyib. Onun şəkəri də normaldır. Leyla Yunusun vəkilləri deyillər ki, guya o, Bakı İstintaq Təcridxanasında qalan zaman döyülüb. Əgər o, yaxşı hüquq müdafiəçisi olsaydı təcridxanada onu döydüklərini idddia etdiyi təqsirləndirilən şəxslərin dilini tapardı”.

Hafiz Əhmədov


Teqlər:  



Xəbər lenti