Hikmət Hacızadə Müsavatdan istefa verdi

Hikmət Hacızadə Müsavatdan istefa verdi
  18 Noyabr 2014    Oxunub:1821
Müsavat Partiyasının Məclis üzvü Hikmət Hacızadə təşkilatdan istefa verdiyini açıqlayıb.
AzVision.az xəbər verir ki, H.Hacızadə bu barədə Facebook səhifəsində məlumat yayıb.

İstefa ərizəsinin mətnini təqdim edirik:

"Müsavat Partiyasının
Təşkilat Şöbəsinə
Hikmət Hacızadədən

İSTEFA ƏRİZƏSİ

Yazıb sizə bildirirəm ki, partiyamızda Söz Azadlığının kobud və birtərəfli pozulmasına və fərqli fikrə düzümsüzlük kampaniyasına etiraz olaraq Müsavat Partiyasının üzvlüyündən istefa verirəm. Partiyada qalan qəlbən azad və fədakar insanlara mübarizələrində uğurlar arzulayıram. Bu andan Qaranlıqlarla mübarizəmi təkbaşına davam edəcəm.
Sayğılarla

Hikmət Hacızadə
Bakı 11.17.2014"

AzVision.az


Teqlər:



Xəbər lenti