Milli Məclisin gərgin iclası başladı

Milli Məclisin gərgin iclası başladı
  18 Noyabr 2014    Oxunub:1744
Bu gündən başlayaraq Milli Məclisdə 2015-cü ilin büdcə layihəsinin müzakirəsinə başlanılıb.
AzVision.az xəbər verir ki, plenar iclası Milli Məclisin sədri Oqtay Əsədov açıb.

O 2015-ci ilin büdcə layihəsindən danışarkən bildirib ki, Azərbaycan son 10 ildən artıqdır ki, inkişaf edən ölkələr sırasında qabaqcıl yerlərdən birini tutur. Spikerin sözlərinə görə, ölkənin iqtisadi həyarında baş verən müsbət keyfiyyət dəyişiklikləri gələn ilin büdcə zərfində öz əksini tapıb.Buna görə də hesab edirəm ki, büdcəylə bağı millət vəkillərinin fikirləri formalaşıb və müzakirələrdə öz sözlərini deyə biləcəklər”.

Onun sözlərinə görə, cari ilin 9 ayı nəticəsində bütövlükdə ölkə iqtisadiyyatında 2,3 faiz artım əldə edilib. Makro iqtisadi proqnozlara görə 2014-cü ildə ÜDM istehsalın 59 milyard manat olacağı gözlənilir. Bu da əvvəlki illə müqayisədə 3,6 faiz çox deməkdir. Önəmli məqamlardan biri də qeyri-neft sektorunda bu göstərici 8,1 faiz təşkil edəcək. Cari ilin sonuna qədər isə iqtisadiyyatın bütün sahələrində artım gözlənilir.

2015-ci ilin dövlət büdcəsinin gəlirləri ümumi daxili məhsulun 35,5% həcmində olmaqla nominal ifadədə 19 mlrd. 438 mln. manat, dövlət büdcəsinin xərcləri isə ümumi daxili məhsulun 35,3%-i təşkil etməklə 21 mlrd. 100 mln. manat proqnozlaşdırılır.
Dövlət büdcəsinin gəlirləri 2014-cü ilin proqnozu ilə müqayisədə 1 mlrd. 54 mln. manat və ya 5,7% çoxdur. Büdcə xərcləri isə bu ilin proqnozları ilə müqayisədə 1 mlrd. 37 mln. manat və yaxud 5,2% artıqdır.

Spikerdən sonra Parlamentin iqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədov çıxış edib.

Qeyd edək ki, iclasda baş nazir Artur Rasizadə, maliyyə naziri Samir Şərifov, Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov iştirak edir.

Anar Kəlbiyev
Sevinc İltifatqızı



Teqlər:  



Xəbər lenti