Deputat köhnə maşınlardan gileyləndi
AzVision.az-ın məlumatına görə, komitə sədri bildirib ki, Azərbaycan “Avro-4” standartına keçsə də, problemlər mövcuddur:
“Problemləri aradan qaldırmaq üçün xüsusi proqramlar hazırlanmalıdır. İli köhnə olan və standartlara cavab verməyən maşınların sayı yüz minlərlədir. Bu məsələ gələcəkdə öz həllini tapacaq. Bununla bağlı xüsusi proqramlar hazırlanmalıdır. Bu həm də Azərbaycan ekologiyasına da müsbət təsir edəcək”.
Z.Səmədzadənin sözlərinə görə, Azərbaycan investisiyaların qoyulması ilə bağlı beynəlxalq məsləhətçilərin sözünə baxsaydı, bu gün ölkə iqtisadiyyatı çox ağır vəziyyətə düşə bilərdi:
“Azərbaycan hökuməti haqlı olaraq mövcud imkanlarla səylərini problemlərin həllinə yönəldib”.
Komitə sədri qeyd edib ki, Azərbaycan emal sənayesini 15-20 faizə qədər artıra bilər ki, bu da bir çox sahələrə müsbət təsir edəcək:
“Maşınqayırma sənayesi də inkişaf etdirilməlidir. Ölkədə aqrar sahədə də ciddi işlər görülür, dövlət proqramı hazırlanır. Məsələlərlə bağlı Statistika Komitəsi ilə də danışıqlar aparılır”.
Sevinc İltifatqızı
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


