`Əhalinin kreditə ehtiyacı var` - Elman Rüstəmov

`Əhalinin kreditə ehtiyacı var` - Elman Rüstəmov
  18 Noyabr 2014    Oxunub:2234
“Problemli banklarla ciddi şəkildə məşğul olacağıq”.
AzVision.az xəbər verir ki, bu sözləri parlamentdə büdcə müzakirələri zamanı Mərkəzi Bankının İdarə heyətinin sədri Elman Rüstəmov deyib.

Onun sözlərinə görə, böhran illərində belə ölkədə bank sektoru inkişaf edib: “Bankların minimum kapitala olan tələbini 50 milyon manata qaldırdığımız 2013-cü ildən bu günə bank kapitalı 83 faizə çataraq 1,8 dəfə artıb. Bu göstəricinin 99 faizə çatacağını gözləyirik. Problemli banklarla ciddi şəkildə məşğul olacağıq. Diqqətdə saxladığımız məsələ əhalinin əmanətlərinin geri qaytarılmasıdır”.

E.Rüstəmov qeyd edib ki, banklardakı vəsaitlər normadan 2 dəfə çoxdur: “Cari ildə əmanətlər 9 faiz artıb. Lakin bu əvvəlki dövrlərə nisbətdə aşağıdır. Faiz dərəcələrinin aşağı salınması üçün banklarda kifayət qədər vəsaitlər var. Əhali də vəsaitlərini daha şaxəli yerləşdirməyə çalışırlar. Cari ildə bank kreditləri 15 faiz artıb. Eyni zamanda istehlak kreditlərinin artımını tənzimləmək üçün işləri daha gücləndirəcəyik. Banklar əhali və dövlət arasındakı balansı qorumağın tərəfdarıdır. Əhalinin kreditlərə tələbatı var. Lakin bildiyimiz kimi həddindən artıq borclanma, maliyyə savadlılığın yüksək olmadığı şəraitdə yaşayırıq. Buna görə də banklara tövsiyyələrimizi mütəmadi şəkildə veririk. Onlara izah edirik ki, banklar öz vəsaitləri ilə deyil, həm də ictimai fondlarla çalışırlar. Bankların pul qazanmaq xatirinə bu cür işlərə əl atması onların stabilliyinin itirmələrinə səbəb ola bilər. Dövlətin borcu isə həm əhalinin, həm də bankların mənafeyini qorumaqdır. Cari ilin 9 ayında istehlak kreditlərinin artım tempini 2 dəfə aşağı saldıq. Ötən dövr ərzində 30 faiz artdığı təqdirdə bu il 15 faiz aşağı düşdü. Bankların portfelinin təxminən 73 faizi biznes kommersiya, 27 faizi istehlak, əhəmiyyətli hissəsi isə yəni 18 faizi ipoteka kreditlərinin üzərinə düşür”.

Anar Kəlbiyev


Teqlər:  



Xəbər lenti