FHN-nin rüşvət alan `işçisi` həbs edildi

FHN-nin rüşvət alan `işçisi` həbs edildi
  08 Dekabr 2014    Oxunub:2454
Neftçala rayonundan olan bir qrup sakinin 161 saylı “Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş müraciətləri Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən AzVision.az-a daxil olan məlumatda bildirilir ki, araşdırmalar zamanı özünü Fövqəladə Hallar Nazirliyinin əməkdaşı kimi təqdim etmiş Fidan Qarazadənin 2014-cü ilin iyun-oktyabr ayları ərzində Neftçala rayon sakinlərindən onları nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin ayrı-ayrı qurumlarına işə düzəldilməsini vəd edərək aldatma yolu ilə ümumilikdə 71 min manat məbləğində pul vəsaitini ələ keçirməsində şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq) və 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

AzVision.az


Teqlər:  



Xəbər lenti