Mətanətin “şpaqat”ına MTRŞ-dan Reaksiya

Mətanətin “şpaqat”ına MTRŞ-dan Reaksiya
  08 Dekabr 2014    Oxunub:2983
Mətanət Əliverdiyevanın aparıcısı olduğu “Gündəlik” verilişində “şpaqat” açması kadrlarına Milli Televiziya və Radio Şurası da (MTRŞ) reaksiya verib.
Qurumun aparat rəhbəri Toğrul Məmmədov AzVision.az-a açıqlamasında bildirib ki, əgər o kadrlarda qanun pozuntusu varsa müəyyən tədbirlər görüləcək:

“Monitorinq şöbəsi araşdırma aparır. Əgər o kadrlarda qanun pozuntusu varsa tədbirlər görüləcək. Həmin kadrları araşdıracağıq. Monitorinq şöbəsi tərəfindən Televiziya və Radio Yayımı haqqında qanuna Nəzarət Mərkəzində monitorinq aparılır. Burada qanun pozuntusunun olub-olmaması ilə bağlı monitorinq şöbəsi xüsusi qiymət verir”.

Daha sonra T. Məmmədov aparıcının ayağının görünməsi kadrlarına da münasibət bildirib:

“Əgər bir şəxsin ayağı görünürsə bu o demək deyil ki bu qanun pozuntusudur. Bu normalara uyğun olmalıdır ki, xüsusi tədbirdə görülsün. Həmin kadrlara baxılacaq. Biz qanun pozuntuları ilə bağlı xüsusi tədbirlər görürük”,-deyə MTRŞ rəsmisi əlavə edib.

Qeyd edək ki, həmin kadrlar bir neçə gündür ki, mətbuatda və sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib.

Hafiz Əhmədov
AzVision.az



Teqlər:  



Xəbər lenti