730 nəfər magistraturadan imtina edib
730 nəfər qeydiyyatdan keçməyən bakalavrdan 270-i oğlan, 460-ı qızlardır. Bakalavrın qeydiyyatdan keçməməsi onun yerləşdirildiyi ixtisaslaşma üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir.
Boş qalan plan yerləri haqqında məlumat “Magistr” jurnalının 6 nömrəli buraxılışında veriləcək. İxtisaslaşma seçimi 08-14 avqust tarixlərində aparılacaq.
AzVision.az