Bu günlərdə bəzi xəbər saytlarında Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının sədri Rüfət Aslanlıya istinadən SOCAR-ın səhm buraxılışı vasitəsilə özəlləşdirilməsi təklifi haqqında xəbərlər yerləşdirilib.
MBNP AzVision.az-a bildirib ki, R.Aslanlının SOCAR-ın istiqrazlarının təqdimat mərasimindəki çıxışı təhrif edilərək yanlış formada ictimaiyyətə təqdim edilib.