Gələn il pensiya və maaşlar artacaq
AzVision.az xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov deyib. Onun sözlərinə görə, Azərbaycan qlobal iqtisadiyyatın tərkib hissəsidir və baş verənlər ölkəyə təsirsiz ötüşmür:
“Qlobal iqtisadiyyatda qeyri-müəyyənliklər davam edir. Bunu nəzərə alaraq biz xarici şokların ölkə iqtisadiyyatına təsirini azaltmalıyıq və bu istiqamətdə bir sıra addımlar atılıb. Bilirsiniz ki, cari ildə dövlət sektorunda çalışanların əmək haqları artırılıb. Gələn ildə də bu addımların davamlı olması üçün biz büdcədə maliyyə təminatı yaratmalıyıq”.
Nazir əlavə edib ki, cari ildə sosial müavinətlərin, pensiyaların, təqaüdlərin və digər sosial ödənişlərin artımı baş verib: “Bu cür artımların gələn ildə də baş verməsi üçün maliyyə təminatı nəzərdə tutulub”.
AzVision.az