İran neft hasilatını azaltmır

İran neft hasilatını azaltmır
  28 Sentyabr 2016    Oxunub:1439
İran neft hasilatını məhdudlaşdırmaq niyyətində deyil.
AzVision.az xarici mediaya istinadən xəbər verir ki, qonşu ölkə hasilat həcmini sutkada 4 mln. barelədək artırmaq niyyətindədir.

Əlcəzairdə keçirilən beynəlxalq enerji forumunda İranın neft naziri Bijan Namdar Zanqane bildirib ki, İran OPEK-in məşvərət görüşündə saziş imzalamağa can atmır: “İran neft hasilatını məhdudlaşdırmayacaq və hasilat həcmini sutkada 4 mln. barelədək artırmaq niyyətindədir”.

O qeyd edib ki, İran OPEK-də əvvəlki payını – üzv ölkələrin hasil etdiyi neftin ümumi həcminin 13 faizini qaytarmalıdır: “Bunun üçün İran sutkada 4,4 mln. barel neft hasil etməlidir”

Bijan Namdar Zanqane neft hasilatının kvotalaşdırılmasında əvvəlki sistemin – hər ölkə üçün müəyyən limitin təyin edilməsi (hazırda bütün təşkilat üçün ümumi hədd müəyyənləşdirilir -red.) sisteminin bərpa olunmasının vacibliyini qeyd edib.

Qeyd edək ki, İran iyun-iyul aylarında sutkada 3,8 mln. barel neft hasil edib.

AzVision.az


Teqlər:  





Xəbər lenti