Sarkisyan Amerikaya gedir

Sarkisyan Amerikaya gedir
  08 Oktyabr 2016    Oxunub:1710
Ermənistan prezidenti Serj Sarkisyan ABŞ-a səfərə gedəcək.
AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, səfər oktyabrın 9-da baş tutacaq.

Məlumata görə, Sarkisyan oktyabrın 10-da Nyu-Yorkda başlayacaq "Ermənistan" adlı investisiya forumunda iştirak edəcək.

Foruma beynəlxalq maliyyə qurumlarının nümayəndələri, qabaqcıl şirkətlərinin təmsilçiləri çağırılıb, ekspertlər və təxminən 100 beynəlxalq investor dəvət olunub.

Səfər çərçivəsində Ermənistan prezidentinin ikitərəfli görüşləri planlaşdırılıb.

AzVision.az


Teqlər:





Xəbər lenti