Əmanətçilərə 651 milyon pul verilib

Əmanətçilərə 651 milyon pul verilib
  01 Noyabr 2016    Oxunub:1338
Əmanətlərin Sığortalanması Fondu lisenziyası ləğv olunan 10 bankın qorunan əmanətçilərinə ödənilən kompensasiyanın həcmini açıqlayıb.
Fonddan AzVision.az-a verilən məlumata görə, "Parabank" ASC-nin qorunan əmanətçilərinə 41 mln. 747 min manat, "Zaminbank" ASC-nin qorunan əmanətçilərinə 51 mln. 48 min manat, "Kredobank" ASC-nin qorunan əmanətçilərinə 26 mln. 136 min manat və "Dekabank" ASC-nin qorunan əmanətçilərinə isə 2 mln. 887 min manatdan artıq kompensasiya ödənilib. 4 bank üzrə ümumilikdə 121 mln. 818 min manatdan artıq kompensasiya verilib.

"Atrabank" ASC-nin qorunan əmanətçilərinə 14 mln. 170 min manat, "Qafqaz İnkişaf Bankı" ASC-nin qorunan əmanətçilərinə 1 mln. 880 min manatdan artıq kompensasiya ödənişi edilib. 2 bank üzrə ümumilikdə 16 mln. manatdan artıq kompensasiya ödənilib.

"Bank of Azerbaijan" ASC-nin qorunan əmanətçilərinə 24 mln. 117 min, "Gəncəbank" ASC-nin qorunan əmanətçilərinə 969 min manat, "Texnikabank" ASC-nin qorunan əmanətçilərinə isə 120 mln. manatdan artıq kompensasiya ödənişi həyata keçirilib. 3 bank üzrə ümumilikdə 145 mln. manatdan artıq kompensasiya ödənilib.

"Bank Standard" QSC-nin qorunan əmanətçilərinə 368 mln. 161 min manat artıq kompensasiya ödənişi baş tutub.

Ümumilikdə Fond tərəfindən 10 bank üzrə 650 mln. 979 min manatdan artıq kompensasiya ödənilib.

AzVision.az


Teqlər:  





Xəbər lenti