`20 yox, 2 müəllim işdən çıxıb` - Universitet təkzib etdi

`20 yox, 2 müəllim işdən çıxıb` - Universitet təkzib etdi
  09 Dekabr 2016    Oxunub:2351
Qafqaz Universiteti 20-yə yaxın müəllimin işdən çıxarılması ilə bağlı yayılan məlumata aydınlıq gətirib.
Universitetin mətbuat xidmətinin rəhbəri Rəcəb Rzayev AzVision.az-a açıqlamasında bu məlumatların yalnış olduğunu bildirib.

“Yayılan məlumatda 20-yə yaxın müəllimin adı yazılıb. Bu məlumat tamamilə yalnışdır. Adları çəkilən müəllimlər hazırda universitetimizdə işləyirlər. Onlar işdən çıxarılmayıblar”.

Rəcəb Rzayev qeyd edib ki, universitetdən yalnız 2 müəllim öz ərizəsi ilə işdən ayrılıb.

Qeyd edək ki, mətbuatda Qafqaz Universitetində ciddi ixtisarların aparılması haqda məlumat yayılıb. Bildirilib ki, son günlər 20–yə yaxın müəllim işdən çıxarılıb.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti