Ümumrusiya Azərbaycan Konqresinin yeni prezidenti seçilib

Ümumrusiya Azərbaycan Konqresinin yeni prezidenti seçilib
  29 Dekabr 2016    Oxunub:1592
Bu gün Moskvada keçirilən Ümumrusiya Azərbaycan Konqresinin IV Qurultayında təşkilatın rəhbər orqanlarına seçkilər keçirilib. Səsvermə nəticəsində tanınmış ictimai xadim, tibb elmləri namizədi, professor Fazil Qurbanov qurumun yeni prezidenti olub.

Diasporla İş üzrə Dövlət Komitəsindən AzVision.az-a verilən məlumata görə, Qurultayda ÜAK-ın Rəyasət Heyəti və Mərkəzi Şurasına yeni üzvlər də seçilib. Rəyasət Heyətinə 40, Mərkəzi Şuraya isə 160 nəfər daxildir. On nəfər isə qurumun vitse-prezidenti seçilib. Bunlar Mehrac Babayev, Vaqif Bayramov, Elman Bayramov, Mixail Qusman, Qod Nisanov, Əlizaman Rəhimov, Aleksandr Romaşin, Tahir Salahov, Ələsgər Tağıyev və İsgəndər Xəlilovdur.

Qurultayda Ümumrusiya Azərbaycan Konqresi adından Azərbaycan və Rusiya prezidentlərinə müraciət qəbul olunub.
Bununla da Ümumrusiya Azərbaycan Konqresinin IV Qurultayı işini yekunlaşdırıb.

Qeyd edək ki, qurultayın işində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, Azərbaycan Respublikasının Rusiyadakı Fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu, digər rəsmi şəxslər və Rusiyanın 78 bölgəsindən 200-dən artıq təmsilçi iştirak edib.

AzVision.az


Teqlər:





Xəbər lenti