6 idarəyə yeni rəis təyin olundu

6 idarəyə yeni rəis təyin olundu
  25 Yanvar 2017    Oxunub:2179
Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi və Regional Mədəniyyət və Turizm İdarələrinə rəis təyinatı həyata keçirilib.
AzVision.az Mədəniyyət və Turizm Nazirliyinə istinadən məlumat verir ki, Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin müvafiq əmrlərinə əsasən Vüqar Zeynalov Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin, Mehman Şükürov Sumqayıt Mədəniyyət və Turizm Baş İdarəsinin, Nazim Ağayev Xaçmaz Regional Mədəniyyət və Turizm İdarəsinin, Elnur Hüseynov İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin, Mirvari Zeynalova Şəki Regional Mədəniyyət və Turizm İdarəsinin, Elman Məmmədov Kürdəmir Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi vəzifəsinə təyin olunub.

AzVision.az


Teqlər:  





Xəbər lenti