Azərbaycan hakimiyyəti Lapşinə görə hiddətlənib

Azərbaycan hakimiyyəti Lapşinə görə hiddətlənib
  09 Fevral 2017    Oxunub:2002
Azərbaycan hakimiyyəti bloqqer Aleksandr Lapşin ətrafında vəziyyətin siyasiləşdirilməsindən hiddətlənib.
AzVision.az xəbər verir ki, bunu “Ria Novosti”yə müsahibəsində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib. Nazirin sözlərinə görə, Lapşinin gələcək taleyini məhkəmə həll edəcək: "Bu məsələnin həddindən artıq siyasiləşdirilməsi məni təəccübləndirir və hiddətləndirir. Hər yerdə onu bloqqer adlandırırlar. Mühəndis olsaydı, görəsən onunla maraqlanardılar? O, qanunu pozub və hüquqi əsas olduğuna görə barəsində cinayət işi açılıb. Belarus MDB çərçivəsində Kişinyov Konvensiyaya uyğun olaraq İnterpola yerləşdirilən sorğu əsasında onu saxlayıb. Hər şey qanun çərçivəsində həyata keçirilib. Onun bloqqer olması qanun qarşısında toxunulmaz olmasına əsas gətirmir”.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti