Azərbaycan ən təhlükəsiz 20 ölkə sırasında

Azərbaycan ən təhlükəsiz 20 ölkə sırasında
  14 Fevral 2017    Oxunub:3373
Azərbaycan cinayətkarlıq səviyyəsinin ən aşağı olduğu ölkələr siyahısında ilk 20-likdə qərarlaşıb.

AzVision.az xəbər verir ki, bu barədə nüfuzlu "Numbeo" saytı məlumat yayıb.

Siyahıda 125 ölkə yer alıb. Azərbaycan 27.05 indeks göstəricisi ilə siyahıda 18-ci pillədə qərarlaşıb.

Avropa ölkələri arasında isə Azərbaycan 9-cu pillədə qərarlaşıb. Bu arada "Numbeo" ölkəmizi Asiya regionuna aid edir ki, bizdə burada 11-ci pillədəyik. Ölkəmiz Qərbi Avropa ölkələri sırasında isə 6-ci pilləni tutur.

Postsovet məkanında Gürcüstan (7-ci yer) və Belarusla (10-cu yer) yanaşı Azərbaycan, həmçinin Estoniyadan da (12-ci yer) geri qalır. Ermənistan isə siyahıda Azərbaycandan bir pillə aşağıda -19-cu yerdə qərarlaşıb. Latviya (40-cı), Litva (50-ci) Moldova (64-е), Rusiya (67-ci), Qazaxıstan (72-ci və Ukrayna (85-cidir). Özbəkistan, Türkmənistan, Tacikistan və Qırğızıstanda isə bu sahədə araşdırma aparılmayıb. Türkiyə reytinqdə 55-ci, digər qonşumuz İran isə 83-ci pillədə qərarlaşıb.

Dünyada ən təhlükəsiz ölkələri Asiya qitəsində yerləşir. Bunlar Qətər (15,70), Sinqapur (16,58) və Tayvandır (17,24). İlk onluqda, həmçinin Avstriya, BƏƏ, Honkonq, Gürcüstan, Yaponiya, Danemarka və Belarus da qeyd olunub.

Dünyada ən təhlükəli ölkə 85,28 reytinq balla Venesuela seçilib. Dünyanın ən təhlükəli 10 ölkəsi siyahısında həmçinin Papua -Yeni Qvineya, Honduras, CAR, Əfqanistan, Salvador, Nigerya, Brazilya, Trinidad və Tobaqo var.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti