“Rusiya ilə ciddi problemimiz yoxdur” - Bahar Muradova
AzVision.az-ın məlumatına görə, bunu Milli Məclis sədrinin müavini Bahar Muradova deyib:
Münasibətlərin gərginləşməsi barədə şərhlərə rəvac verən hadisəyə - Ümumrusiya Azərbaycan Konqresinin qeydiyyatının ləğvinə gəlincə, məsələ yalnız hüquqi müstəvidə həll olunmalıdır. Bundan kənar siyasi divident güdməyə yönəlmiş şərhlər verilməsi həqiqətən də münasibətlər problemlər yarada bilər. Azərbaycanın müvafiq dövlət qurumları, parlamenti, cəmiyyəti, vətəndaş cəmiyyətinin nümayəndələri və mətbuat bu məsələnin məhz hüquq çərçivəsində həll olunmasını gözləməlidir".
B. Muradova əlavə edib ki, Rusiyada yaşayan azərbaycanlılar Rusiya vətəndaşlarıdır: “ÜAK da Rusiya vətəndaşı olan azərbaycanlılarının Rusiya qanunlarına əsasən yaradılmış təşkilatıdır. Hesab edirəm ki, hansı etnik-milli qrupa mənsub olmasından asılı olmayaraq, hər kəs öz vətəndaş hüquqlarını, vəzifələrini icra etməlidir. Onların hüquqları tanınmalı, onlar da vəzifələrini yerinə yetirməlidirlər”.
Anar Kəlbiyev
AzVision.az
Teqlər: Rusiya Azərbaycan ÜAK