"Atama olan sevgini görürəm" - Natiq Əliyevin oğlu

  10 İyun 2017    Oxunub : 88823
"Atama olan sevgini görürəm" - Natiq Əliyevin oğlu
"Natiq Əliyev hər kəsin yaddaşında xalqına şərəflə xidmət etmiş şəxs kimi qalacaq".
AzVision.azxəbər verir ki, bunu Milli Məclisin vitse-spiker Valeh Ələsgərov deyib. O, bildirib ki, Natiq Əliyev beynəlxalq qurumlarda vətənini layiqincə təmsil edib.

"Şərəfli ömür sürmüş Natiq Əliyevin xatirəsi daim qəlbimizdə yaşayacaq".

SOCAR-ın I vitse-prezidenti Xoşbəxt Yusifzadə isə bildirib ki, ömrünün çox hissəsində Natiq Əliyevlə birgə çalışıb. O, mərhumla bağlı xatirələrini bölüşərək onun neft-qaz sektorundakı xidmətlərini qeyd edib.

"Azərenerji" ASC-nin prezidenti Etibar Pirverdiyev isə söyləyib ki, Natiq Əliyevin xatirəsi daim qəlbimizdə yaşayacaq.

Natiq Əliyevin oğlu Fərhad Əliyev vida mərasiminə qatılan hər kəsə təşəkkür edib: "Natiq Əliyev çox gözəl ata olub. Atama olan sevgini görürəm. Kədərli günümüzdə bizimlə olan hər kəsə təşəkkür edirəm".

Anar Kəlbiyev
AzVision.az

Teqlər: Natiq-Əliyev