Azərbaycana gələn əcnəbilərlə bağlı yeni şərtlər
Yeni bəndə görə, əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər (Azərbaycan respublikasında müvəqqəti olma müddəti uzadılmış və ya müvəqqəti yaşama icazəsi almış şəxslər istisna olmaqla) ölkəyə daxil olarkən təqdim etdikləri elektron viza əsasında Azərbaycan Respublikasının ərazisini tərk etməlidirlər.
Digər dəyişiklik isə elektron formada sürətləndirilmiş qaydada müraciət etdikdə belə müraciətlərə 3 saat ərzində baxılmasını təmin etməyin rəsmiləşdirilməsi ilə bağlıdır.
Dəyişiklik layihəsi iyunun 30-da keçiriləcək növbədənkənar plenar iclasda müzakirəyə çıxarılacaq.
Anar Kəlbiyev
AzVision.az
Teqlər: Əcnəbi