"Avropa Məhkəməsi ölkəmizlə bağlı 16 qərar qəbul edib" - Ziyafət Əsgərov

"Avropa Məhkəməsi ölkəmizlə bağlı 16 qərar qəbul edib" - Ziyafət Əsgərov
  30 İyun 2017    Oxunub:1590
“Məhkəmələrə göstərilən diqqət bu sahəyə inamı artırıb. Məhkəmələrdə baxılan mülki işlərin sayı da xeyli çoxdur. Buna baxmayaraq hakimlərimiz işinin öhdəsində gəlməyə çalışırlar”.

AzVision.az xəbər verir ki, bunu Milli Məclisdə çıxışı zamanı birinci vitse-spiker Ziyafət Əsgərov deyib.
Milli Məclis sədrinin müavini bildirib ki, bütün bunlara baxmayaraq, yeni çağırışları nəzərə alaraq hakimlərin iş yükünün azaldılması istiqamətində qanunvericilik islahatları davam edir.

“Ölkə başçısının sərəncamı əsasında məhkəmə sisteminin elektronlaşması nəticəsində vətəndaşlar elektron sistemlə məhkəməyə müraciət edə bilirlər. Onlar şəxsi kabinet yaratmaqla məhkəmə ərizələri verir, məkəmə rüsumlarını elektron qaydada ödəyə bilirlər. Ölkəmizdə 9 məhkəmə üçün yeni binaların tikintisi həyata keçirilir. Ötən dövrdə hakimlərin sayı 2 dəfə artırılsa da, Azərbaycanda 100 min nəfərə 6 hakim düşür, digər Avropa ölkələrində isə bu rəqəm 20-dir. Azərbaycanda məhkəmə sahəsində aparılan islahatlara görə bir sıra Avropa ölkələrinə nümunə ola bilər.

Bəzən bildirilir ki, Avropa Məhkəməsinin ölkəmizə qarşı qərarlarının sayı çoxalır. Lakin statistik göstəricilərə nəzər salsaq görərik ki, təkcə 2016-cı ildə Avropa Məhkəməsi tərəfindən ölkəmizlə bağlı 16 qərar qəbul edilib. Hansı ki, Yunanıstana 41, Özbəkistana qarşı isə 33 qərar verilib”.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Milli-Məclis   Ziyafət-Əsgərov  





Xəbər lenti