Qarabağ danışıqlarının növbəti raundu Nyu-Yorkda keçiriləcək

Qarabağ danışıqlarının növbəti raundu Nyu-Yorkda keçiriləcək
  12 İyul 2017    Oxunub:2244
Ötən gün Brüsseldə Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarovla Edvard Nalbandyan arasında keçirilən görüşdə Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlar prosesinin irəliləməsi yolları müzakirə olunub.
AzVision.az xəbər verir ki, bu barədə Ermənistan XİN məlumat yayıb.

Bildirilib ki, ATƏT-in Minsk qrupunun həmsədrləri 2017-ci ildə Ermənistan və Azərbaycan prezidentlərinin görüşünü təşkil etməyi təklif edib.

Görüşdə, həmçinin Azərbaycan və Ermənistan XİN rəhbərlərinin növbəti görüşünün bu ilin sentyabrında Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində keçirilməsinə dair razılıq əldə olunub.

Qeyd edək ki, görüşdə həmsədrlərlə yanaşı, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik də iştirak edib.

AzVision.az


Teqlər: Azərbaycan   XİN   Məmmədyarov   Ermənistan   Nalbandyan  





Xəbər lenti