Balaxanı yolu 3 gün bağlı olacaq

Balaxanı yolu 3 gün bağlı olacaq
  08 Avqust 2017    Oxunub:1474
Aparılacaq təmir işləri ilə əlaqədar Sabunçu rayonu ərazisindəki Balaxanı-Binəqədi yolunda (Balaxanı qəsəbəsinin mərkəzindən Binəqədi yolunun başlanğıcına kimi) avtonəqliyyat vasitələrinin hərəkəti avqustun 8-dən etibarən qismən məhdudlaşdırılacaq.
“Azəravtoyol” ASC-nin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, avtomobil yolunda məhdudlaşdırma təmir işləri bitənədək - avqust ayının 11- nə kimi qüvvədə olacaq.

“Azəravtoyol” sürücülərdən alternativ yol kimi Zabrat avtomobil yolu və Ziya Bünyadov prospektindən istifadə etmələrini tövsiyə edir.

AzVision.az


Teqlər: Balaxanı   Yol  





Xəbər lenti