Polis axtarışda olan 24 nəfəri tutub

Polis axtarışda olan 24 nəfəri tutub
  10 Avqust 2017    Oxunub:1011
Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində 94 cinayət faktı qeydə alınıb, onların da 13-ü “isti izlər”lə açılıb.
AzVision.az DİN-in saytına istinadən xəbər verir ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 26 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 5 nəfər ölüb, 17 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 4 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 21 nəfər tutulub.

AzVision.az


Teqlər: DİN   Polis   Cinayət   Həbs  





Xəbər lenti