Ölkə üzrə rekord göstərici - 43 dərəcə isti olub

Ölkə üzrə rekord göstərici - 43 dərəcə isti olub
  10 Avqust 2017    Oxunub:1248
Avqustun 9-da müşahidə olunmuş faktiki hava ilə bağlı məlumat açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzVision.az-a verilən məlumata görə, bir neçə gün davam edən anomal isti hava şəraitindən sonra avqustun 9-da Abşeron yarımadasında 40-41, Bakıda isə 43 dərəcə isti qeydə alınıb ki, bu da 2015-ci il 2 avqustda müşahidə olunmuş 41 dərəcə rekord göstəricisinin təzələnməsinə səbəb olub.

Əksər rayonlarda havanın maksimal temperaturu 35-40, bəzi yerlərdə 43 dərəcəyədək isti qeydə alınıb.

AzVision.az


Teqlər: Hava   İsti  





Xəbər lenti