Nazirlikdən tozlu hava ilə bağlı Açıqlama

Nazirlikdən tozlu hava ilə bağlı Açıqlama
  10 Avqust 2017    Oxunub:1585
Bu gün səhər saatlarından başlayan güclü şimal küləyi nəticəsində paytaxtın bəzi yerlərində havada tozun miqdarının sanitar normanı bir neçə dəfə keçdiyi müşahidə edilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentindən AzVision.az-a verilən məlumata görə, buna səbəb yer səthindən tozun havaya qalxması olub.

Havadan götürülmüş toz nümunələrində fiziki-kimyəvi analizlər aparılıb. Analizlərin nəticələri tozun tərkibində hər hansı kimyəvi maddənin olmadığını göstərib.

AzVision.az


Teqlər: ETSN   Hava  





Xəbər lenti