ABŞ Koreya ilə birgə hərbi təlimlərə başlayıb
Təlimlərdə ABŞ-ın 17 min 500, Koreya Respublikasının isə 50 min hərbiçisinin iştirakı gözlənilir. Əsas diqqət kompüterlərdən istifadə olunmaqla komanda sisteminin əlaqələndirilməsinə yönəldiləcək.
Eyni zamanda təlimlər döyüş hazırlığını yüksəltməyə və Şimali Koreya tərəfindən yol verilə biləcək təxribatlara diqqəti artırmağa imkan yaradacaq.
İlkin Nəcəfzadə
AzVision.az