Meteohəssas insanlar diqqətli olsun!
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən AzVision.az-a verilən məlumata görə, şimal-şərq küləyi əsəcək gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 25-26°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27°,Türkan, Hövsan, Sahil, Şıxda 27-28° isti təşkil edəcək.
Tibbi-meteoroloji proqnoza görə, avqustun 24-dək Abşeron yarımadasında gözlənilən sabit hava şəraiti müsbət amil olsa da, bəzi saatlarda durğun və nisbətən rütubətli hava şəraiti meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.
Azərbaycanın rayonlarında sabah hava şəraiti yağmursuz olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 19-24°, gündüz 34-39° isti, dağlarda gecə 13-18°, gündüz 24-29° isti olacağı gözlənilir.
AzVision.az
Teqlər: Hava Meteohəssas