Meşə yanğınlara səbəb nədir? - Nazirlik açıqladı
“Bu il yay xüsusilə quraq keçdi. Həmçinin meşə fondu torpaqları digər istifadəçilərin torpaqları ilə həmsərhəddir. Ona görə də cari ildə baş verən yanğınlar əsasən taxıl biçinindən sonra kövşənlərin yandırılması və odla ehtiyatsız rəftar nəticəsində baş verib. Ümumiyyətlə, dünyada baş verən yanğınların 65 faizi odla ehtiyatsız rəftar nəticəsində baş verir. Azərbaycanda mövcud meşələrin 85 faizi dağlıq zonalarda, 15 faizi aran zonalarında yerləşir və əsasən də enliyataqlı meşələrdən ibarətdir. Belə halda qeyd etmək lazımdır ki, bizim meşələr kifayət qədər rütubətli meşələrdir və dağlıq bölgələrdə yerləşdiyi üçün orada öz-özünə alışma halları minumumdur. Meşələrdəki yanğın sadəcə odla ehtiyatsız rəftar, atropogen təsir nəticəsində baş verib”.
S.Salmanov qeyd edib ki, Azərbaycandakı meşə yanğınları aşağı və zəif intensivlidir. “5 rayondakı meşə yanğınlarında əsasən ot örüyü yanıb və meşə fonduna ciddi ziyan dəyməyib. Qəbələdəki hadisə isə araşdırılır və bu zaman tələb edən məsələdir. Bundan əlavə, meşə yanğınları nəticəsində heyvanlar öz yuvalarını tərk etməsinə səbəb olub”.
Aytən Zəhra
AzVision.az
Teqlər: meşə-yanğınları ETSN