Səbaildə 8 ayda 80 sərxoş sürücü tutulub

Səbaildə 8 ayda 80 sərxoş sürücü tutulub
  27 Sentyabr 2017    Oxunub:1537
Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi, cərimələrin ödənilməsi ilə bağlı əhali arasında məlumatlandırma işinin gücləndirilməsi, təyin edilən cərimələrin ödənilməyəcəyi təqdirdə qanunvericiliyə uyğun olaraq görüləcək tədbirlər haqqında hərəkət iştirakçıları arasında zəruri izahat işinin aparılması, kobud qayda pozuntularına yol verən sürücülərin müəyyən edilməsi məqsədi ilə profilaktik tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyindən AzVision.az-a verilən məlumata görə, Səbail Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları rayon ərazisində reyd keçiriblər. Reyd zamanı saxlanılan sürücülərin ödənilməyən cərimələrinin olub-olmaması inspektorlar tərəfindən patrul avtomobillərində olan xüsusi bort kompüterlər vasitəsi ilə yoxlanılıb.

Reyd zamanı cərimələri Mərkəzi Məlumat Xidmətində qərarsız kimi qeyd olunan sürücülər müəyyənləşdirilərək saxlanılıb, onlara pozduqları yol hərəkəti qaydaları barədə məlumat verilib və yerindəcə müvafiq sənədlər təqdim edilib.

Tərtib olunmuş inzibati protokol üzrə təyin edilən cəriməni 2 ay müddətində ödəməyən sürücülər müəyyənləşdirilərək saxlanılıb. Həmin sürücülərin nəqliyyat vasitələri mühafizə olunan müvəqqəti duracağa yerləşdirilib.

Qeyd edək ki, bu ilin 8 ayı ərazində Səbail rayon DYPŞ-nin əməkdaşları tərəfindən yol hərəkəti qaydalarını pozan sürücü və piyadalara qarşı ümumilikdə 18000 artıq inzibati protokol tərtib edilib. Həmçinin xüsusi texniki vasitələrin köməkliyi ilə qaydaları pozan 59000 hərəkət iştirakçısı inzibati qaydada cərimələnib. Qeyd edilən dövrdə Səbail rayonu ərazisində kobud qayda pozuntularına yol verən 3050, həmçinin sərxoş vəziyyətdə avtomobil idarə edən 80 sürücü müəyyən edilərək barələrində qanuni tədbir görülüb.

AzVision.az


Teqlər: DYP   Reyd  





Xəbər lenti