Təhsil İdarəsindən valideynlərin aksiyası ilə bağlı Açqılama

Təhsil İdarəsindən valideynlərin aksiyası ilə bağlı Açqılama
  06 Oktyabr 2017    Oxunub:1448
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva paytaxtdakı Məktəb-lisey kompleksində valideynlərin aksiya keçirməsinə səbəb olan məktəb direktorunun işdən çıxarılması məsələsinə aydınlıq gətirib.
AzVision.az xəbər verir ki, bununla bağlı jurnalistlərə açıqlama verən M.Vəliyeva direktor Qafar Hüseynovun tədris ilinin başlanmasına bir az qalmış əməliyyat olunduğunu deyib.

Onun sözlərinə görə, hazırda o, xəstəlik vərəqinə görə işə çıxmır: "Lakin o, hələ də kompleksin direktor vəzifəsində qalır. Ona görə də valideynlərin narahatlığının heç bir əsası yox idi. Bu gün məktəbdə fəaliyyət tam şəkildə əhatə olunub və bütün istiqamətlərdə işini səmərəli şəkildə davam etdirir".

İdarə müdiri onu da qeyd edib ki, hazırda BŞTİ-nin əməkdaşı orada direktor vəzifəsini müvəqqəti olaraq icra edir: "Onun xəstəliklə bağlı bülleteninin nə vaxta kimi olacağı barədə məlumatımız yoxdur".

Elvin Abdulqədirov
AzVision.az


Teqlər: BŞTİ  





Xəbər lenti