Bakının 3 rayonunda su olmayacaq

Bakının 3 rayonunda su olmayacaq
  06 Oktyabr 2017    Oxunub:1373
Bakı şəhəri Ziya Bünyadov prospektində yeni çəkilmiş yağış- kanalizasiya kollektorunun mövcud sistemə birləşdirilməsi işləri ilə əlaqədar müəyyən ərazilərə içməli suyun fasilələrə verilməsi zərurəti yaranıb.
“Azərsu” Açıq Səhmdar Cəmiyyətindən AzVision.az-a verilən məlumata görə, bununla əlaqədar oktyabrın 6-da gün ərzində Bakı şəhəri Binəqədi, Yasamal və Nərimanov rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranan narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

AzVision.az


Teqlər: Azərsu  





Xəbər lenti